525.Az

Nazir: "Fermerlərə lazımi şərait yaradılmalıdır ki..."


 

Nazir: "Fermerlərə lazımi şərait yaradılmalıdır ki..."<b style="color:red"></b>

Azərbaycanın qida təhlükəsizliyinin təmin edilməsi çərçivəsində fermer təsərrüfatlarının inkişafına böyük diqqət göstərilməlidir.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Kənd Təsərrüfatı nazirlərinin 6-cı iclasında çıxış edən Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, qida təhlükəsizliyinin təmin edilməsi mühüm bir məsələdir, lakin fermerliyin inkişafı olmadan bunu əldə etmək mümkün deyil. Buna görə də ayrı-ayrı fermerlərin və fermer təsərrüfatlarının inkişafına qayğı daha da artırılmalıdır.

Fermerlər üçün lazımi şərait yaradılmalıdır ki, onlar keyfiyyətli məhsulun istehsalında maraqlı olsunlar:

"Bunları əldə etmədən biz qida təhlükəsizliyini təmin edə bilmərik".

Nazir onu da əlavə edib ki, fermer təsərrüfatlarının inkişafı üçün gənc mütəxəssislərin cəlb edilməsi də olduqca vacibdir.

 





04.12.2019    çap et  çap et