525.Az

Konstitusiya Məhkəməsi MM-in buraxılmasının Konstitusiyaya uyğun olması qərarını verdi


 

Konstitusiya Məhkəməsi MM-in buraxılmasının Konstitusiyaya uyğun olması qərarını verdi <b style="color:red"></b>

Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclasında Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılıb.

APA-nın məlumatına görə, Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

Qərarda bildirilir ki, Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşana və fəaliyyətə başlayana qədər saxlanması zəruridir.

 

 





04.12.2019    çap et  çap et