525.Az

Hacıqabulun icra başçısı dəyişdirildi - Sərəncam


 

Hacıqabulun icra başçısı dəyişdirildi - <b style="color:red">Sərəncam </b>

Hacıqabul rayonunun icra başçısı dəyişdirilib.

APA-nın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, R. Xəlilov Milli Məclisin Regional məsələlər komitəsinin üzvü olub.

 

 





04.12.2019    çap et  çap et