525.Az

Qırğızıstan-Azərbaycan münasibətləri müzakirə edildi


 

Qırğızıstan-Azərbaycan münasibətləri müzakirə edildi<b style="color:red"></b>

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin xarici işlər naziri Çingiz Aydarbekovla görüşüb.

Bu il oktyabr ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovla  Bakı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci iclası çərçivəsində, keçirdiyi ikitərəfli görüşünün nəticələrinin icrası məsələləri müzakirə edilib.

Qeyd olunub ki, ölkələrimiz arasında bütün sahələrdə iş birliyinin gücləndirilməsi dövlət başçılarımızın perspektivli siyasətinin prioritet istiqamətlərindədir. Dövlət başçılarımızın görüşündəı razılaşdırımış məsələlərin icrası ilə bağlı geniş müzakirə aparılıb.

Görüşün əvvəlində nazir Ç.Aidarbekov Qırğız Respublikasında diplomatik korpusun duayeni cənab Hidayət Orucovun Qırğızıstan-Azərbaycan əlaqələrinin inkişafında və möhkəmlənməsində əhəmiyyətli rolunu qeyd edərək, ona “Qırğız Respublikası Xarici İşlər Nazirliyinin 75 illiyi (1944-2019)” yubiley medalını təqdim edib.

Qeyd edək ki, bu mükafata Qırğız Respublikasının diplomatik korpusundan yalnız səfir Hidayət Orucov layiq görülüb.

 





04.12.2019    çap et  çap et