525.Az

"YARAT"da Rusiya filmləri göstərilib


 

"YARAT"da Rusiya filmləri göstərilib<b style="color:red"></b>

"YARAT" Müasir İncəsənət Məkanı "Artkino" 11-ci Ümumrusiya Qısametrajlı Müəllif Filmləri Festivalının tərəfdaşlığı ilə "YARAT" Müasir İncəsənət Mərkəzində həmin festivalın sonuncu qısametrajlı filmlərinin nümayişi keçirilib.

AZƏRTAC xəbər verir ki, festival çərçivəsində Rusiya və MDB-nin 33 şəhərində, eləcə də xaricdə, Moskvada bir sıra mükafat və diplomlara layiq görülmüş, üç kinoalmanaxa ("Yaz", "Yay", "Payız") daxil edilmiş 18 film nümayiş edilib.

Film almanaxlarının son nümayişi dekabrın 4-də reallaşacaq. Həmən gün səsvermə keçiriləcək. Səsvermənin nəticələrinə əsasən, növbəti festivalın açılışında qısametrajlı kino sahəsində Ümumrusiya Mükafatı təqdim olunacaq.

 





04.12.2019    çap et  çap et