525.Az

“Yeddi nar çubuğu” nümayiş olunacaq


 

“Yeddi nar çubuğu” nümayiş olunacaq<b style="color:red"></b>

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Yeddi nar çubuğu” tamaşası nümayiş olunacaq.

APA-nın məlumatına görə, Əməkdar artist Qurban Məsimov tərəfindən quruluş verilən tamaşa eyni adlı Azərbaycan nağılının əsasında publisist-şair Zülfüqar Rüfətoğlu tərəfindən pyesləşdirilib.

Klassik kukla tamaşası üslubunda hazırlanan “Yeddi nar çubuğu”nda əsasən, kölgə teatrı elementləri tətbiq ediləcək. Parket və masaüstü kukla texnikalarında nümayiş olunacağı tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.

“Yeddi nar çubuğu”nda obrazları əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova və Aygül Ağayeva oynayacaqlar.

 





05.12.2019    çap et  çap et