525.Az

5 marşrut xətti müsabiqəyə çıxarıldı


 

5 marşrut xətti müsabiqəyə çıxarıldı<b style="color:red"></b>

Bakıda 5 marşrut xətti müsabiqəyə çıxarılıb.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, BNA tərəfindən 11, 30, 40, 71, və 199 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb.

Daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib.

Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır.

Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.

 





05.12.2019    çap et  çap et