525.Az

178 saylı məktəbdə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir


 

178 saylı məktəbdə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir<b style="color:red"></b>

Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyi (VMGİB) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Yeniyetmə və gənclərin iştirakı ilə İmadədin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili" layihəsi çərçivəsində növbəti tədbir keçirib.

Dilqəm Nəbiyev adına 178 saylı tam orta məktəbdə gerçəkləşən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Laləndar Hasilova layihəni həyata keçirən Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyinə (VMGİB), onun rəhbəri Dəyanət Həsənova, layihə rəhbəri Nəsimi Qarabağlıya və tədbirdə qonaq qismində iştirak edən QHT rəhbərlərinə, Vətəndaş Cəmiyyəti nümayəndəlirinə və KİV-nin nümayəndələrinı öz dərin minnətdarlığını bildirib.  VMGİB-in prezidenti Dəyanət Həsənova xüsusi olaraq Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və məktəbin müdiri Laləndar Hasilovaya, müəllim və şagird kollektivinə layihənin həyata keçirilməsinə şərait yaratdıqları üçün təşəkkürünü çatdırıb.

Nəsimi ili haqda danışan D.Həsənov deyib ki, Nəsimi yaradıcılığı hər zaman öz fəlsəfi anlamıyla ədəbiyyatşunasların elmi araşdırmalarına səbəb olub.

VMGİB-nin təsisçisi və layihə rəhbəri Nəsimi Qarabağlı vurğulayıb ki, bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İ.Nəsiminin anadan olmasının 650 illiyi tamam olması münasibətilə 2019-cu il "Nəsimi ili" elan edilib. Elə bu səbəbdən dövlət və qeyri dövlət qurumlarında, "Nəsimi ili" nə həsr edilmiş bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub. VMGİB-də bundan çıxış edərək, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına "Yeniyetmə və gənclərin iştirakı ilə İmadədin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili" layihəsini təqdim edib və layihə Şura tərəfindən dəstəklənib. Onun dediyinə görə, layihənin məqsədi şagirdlərlə birgə Nəsimi şeriyyatına, qəzəllərinə və onun həyat və yaradıcılığına daha yaxın olaraq onun bədii və fəlsəfi fikirlərindən, ömrünün sonuna qədər heç bir tərəddüd etmədən "Ən əl-həq" deyənlərin yolu ilə gedərək əqidəsindən dönməməsindən və onun Azərbaycan ədəbiyyatına qoyub getdiyi zəngin ədəbi şer-qəzəl dünyasından tanış olmaqdır.

Sonra təşkilat tərəfindən şagirdlərin birgə hazırladıqları Nəsimi yaradıcılığına və həyatına həsr edilən yazılar, video görüntülər, şagirdlərin Nəsimi filmindən, şer və qəzəllərindən ibarət hazırladıqları səhnəciklər, onların ifasında Nəsimi qəzəlləri səsləndirilib.

Layihə çərçivəsində hazırlanmış bukletlər, qələmlər və qeyd kitabçaları şagirdlərə paylanıb.

S.QARAYEVA

 





05.12.2019    çap et  çap et