525.Az

Əli Əhmədov: “Sosial xarakterli layihələr daha da genişlənəcək”


 

Əli Əhmədov: “Sosial xarakterli layihələr daha da genişlənəcək”<b style="color:red"></b>

"Azərbaycanın həyata keçirilən siyasətində sosial yönümlülük qabarıq şəkildə özünü göstərir. Ölkənin iqtisadi inkişaf imkanlarının artması bunu gerçəkləşdirməyə şərait yaradır".

APA-nın xəbərinə görə, bunu Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşının həyatını yaxşılaşdırmaq üçün müxtəlif sosial layihələrin həyata keçirilməsi genişlənir:

"Misal olaraq, 2019-cu ildə ölkə əhalisinin çox hissəsinin həyat şəraitinin yaxşılaşdırılması üçün minimum əmək haqlarının, pensiyaların iki dəfəyə qədər artırılması, dövlət tərəfindən ayrı-ayrı kateqoriyalara verilən güzəştlərin miqdarının çoxalması bu layihələrin ən əhəmiyyətlilərindəndir. Eyni zamanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bir neçə illərdir, uğurla həyata keçirilən siyasət davam edir. Ayrılan dövlət vəsaiti də artırılmaqdadır. İnanıram ki, çox yaxın illərdə Prezidentin dəstəyi ilə bütün məcburi köçkünlər yaşamaq üçün lazımi şəraiti olan evlərlə təmin ediləcəklər. Eləcə də zəlzələ nəticəsində əziyyət çəkən, yaşadıqları evlər qəzalı vəziyyətə düşən insanlar da bu qəbildən olan sosial layihələrlə əhatə olunublar. Bundan sonra Prezidentin həyata keçirdiyi siyasət nəticəsində sosial xarakter daşıyan layihələr daha da genişlənəcək. Məqsəd ondan ibarətdir ki, Azərbaycanın artan və genişlənən imkanlarından hər bir vətəndaşın daha çox faydalanmasını təmin etmək mümkün olsun, hər bir vətəndaş üçün daha layiqli həyat şəraiti yaradılsın".

 





06.12.2019    çap et  çap et