525.Az

Ülkər Mehdiyeva: “Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da güclənməsinə xidmət edir”


 

Ülkər Mehdiyeva: “Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da güclənməsinə xidmət edir”<b style="color:red"></b>

Dekabrın 5-6-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət qulluğunda insan resurslarının idarə olunması: beynəlxalq trendlər və milli təcrübələr” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdrəçilik Akademiyası ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi birgə təşkil edib.

Konfransda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstanın aparıcı ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirdilər. “Davamlı inklüziv inkişaf dövlət idarəçiliyində qlobal prioritet kimi” bölməsində çıxış edən İstanbul Aydın Universitetinin professoru Əyyub Günay İsbir davamlı inkişafın dövlət idarəetmə sistemində aparılan inzibati islahatlarla əlaqəsindən danışıb.

Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təmsilçisi Moldir Kamzina gənc bacarıqlı idarəçilərin dövlət qulluğunun bütün səviyyələrində irəli çəkilməsi məqsədi ilə “Prezident kadr ehtiyatı”nın   formalaşdırılması kimi vacib məsələyə toxunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdrəçilik Akademiyasının baş müəllimi, t.e.ü.f.d. Ülkər Mehdiyeva çıxışında qeyd edib ki, bu gün Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoyub və bu öz növbəsində dövlət idarəetmə sisteminin effektivliyini artırmaq üçün kadrların yenilənməsi ilə xarakterizə olunur. O vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar beynəlxalq aləmdə Azərbaycan Respublikasının  nüfuzunun daha da güclənməsinə xidmət edir. Ü.Mehdiyevanın sözlərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu prosesdə həlledici rol oynayır. Fondun himayəsi ilə Azərbaycanın tarixi və mədəni irsinin təbliği və Dağlıq Qarabağla bağlı əsl həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə bir sıra layihələr həyata keçirilib.

Dövlət İdrəçilik Akademiyasının dosenti, s.e.ü.f.d. Murtəza Həsənov bildirib ki, Azərbaycanın dövlət qulluğu sisteminə innovasiyaların effektiv tətbiq olunmasının ən bariz nümunələrindən biri Azərbaycan Rüspublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinın fəaliyyətidir. M.Həsənovun sözlərinə görə, “ASAN xidmət”in yaradılması əvvəllər mövcud olan bürokratik əngəlləri aradan qaldırıb və əhaliyə göstərilən sosial xidmətlərin əhatə dairəsini maksimum  dərəcədə şəffaflaşıdırıb.

Konfransın sonunda yekun Bəyannamə qəbul edilib, konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

 

 





09.12.2019    çap et  çap et