525.Az

"Samur çayı üzərində körpünün tikintisi yaxınlarda başa çatdırılacaq"


 

"Samur çayı üzərində körpünün tikintisi yaxınlarda başa çatdırılacaq"<b style="color:red"></b>

"Yaxın vaxtlarda Samur çayı üzərində körpünün tikintisi başa çatdırılacaq".

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyanın 18-ci iclasında çıxış edən Rusiyanın İqtisadi İnkişaf naziri, komissiyanın həmsədri Maksim Oreşkin deyib.

Onun sözlərinə görə, sərhəd-keçid məntəqəsinin işinin təşkili istiqamətində işlərin aparılması hazırda gündəmdə duran əsas məsələlərdəndir.

"Rusiya tərəfindən bu məsələ prezident səviyyəsində tapşırılıb. Məqsəd həm ticarət dövriyyəsinin, həm də insanların komfortlu keçidini təmin etməkdir", - deyə nazir bildirib.

 





09.12.2019    çap et  çap et