525.Az

İlham Əliyev Vladimir Zelenskiyə başsağlığı verdi


 

İlham Əliyev Vladimir Zelenskiyə başsağlığı verdi <b style="color:red"></b>

Prezident İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskiyə Odessa şəhərində kollecdə baş vermiş yanğında insan tələfatı ilə bağlı başsağlığı verib.

APA-nın xəbərinə görə, başsağlığında deyilir:

Hörmətli cənab Prezident,

Odessa şəhərində kollecdə baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Qeyd edək ki, Ukraynanın Odessa şəhərində kollec binasında baş verən yanğın zamanı ölənlərin sayı 12 nəfərə çatıb.

 





09.12.2019    çap et  çap et