525.Az

Azərbaycan və Rusiya arasında üç sənəd imzalanıb


 

Azərbaycan və Rusiya arasında üç sənəd imzalanıb <b style="color:red"></b>

Azərbaycan və Rusiya arasında bir sıra sənədlər imzalanıb.

"APA-Economics"in məlumatına görə, iki ölkə arasında Hökumətlərarası İqtisadi Komissiyanın 18-ci iclasının protokolu, 2020-2022-ci illər üzrə aqrar-sənaye kompleksi üzrə əməkdaşlıq proqramı və 2020-2022-ci illər üzrə turizm sahəsində əməkdaşlıq proqramı sənədləri imzalanıb.

Sənədləri Azərbaycan tərəfindən Baş Nazirinin müavini, komissiyanın həmsədri Şahin Mustafayev və İqtisadi İnkişaf naziri, komissiyanın həmsədri Maksim Oreşkin imzalayıblar.

 





09.12.2019    çap et  çap et