525.Az

Yeni Suraxanıda daxili yolların təmirinə 7,8 milyon manat ayrılıb


 

Yeni Suraxanıda daxili yolların təmirinə 7,8 milyon manat ayrılıb <b style="color:red"></b>

Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Suraxanı rayonunun on yeddi min səkkiz yüz nəfər əhali yaşadığı Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,8 milyon (yeddi milyon səkkiz yüz min) manat ayrılıb.

 

 





09.12.2019    çap et  çap et