525.Az

Prezidentin iki köməkçisi Neft Fondunun Müşahidə Şurasında təmsil olunacaq


 

Prezidentin iki köməkçisi Neft Fondunun Müşahidə Şurasında təmsil olunacaq<b style="color:red"></b>

Dövlət Neft Fondu Müşahidə Şurasında Azərbaycan Prezidentinin iki köməkçisi təmsil olunacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı

“Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 255 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə”  sərəncamında əksini tapıb.

Dövlət Neft Fondu Müşahidə Şurasının öncəki tərkibində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Natiq Əmirov təmsil olunurdu.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Dövlət Neft Fondu Müşahidə Şurasının üzvü təyin edilib.

Qeyd edək ki, struktur islahatlardan sonra yaradılan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovdur.

 





09.12.2019    çap et  çap et