525.Az

Bakıda tibbi preparatların istehsalı müəssisəsi açılıb


 

Bakıda tibbi preparatların istehsalı müəssisəsi açılıb<b style="color:red"></b>

Bu gün Pirallahı Sənaye Parkında İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Şirkətinin dəstəyi ilə “R-Pharm” şirkətlər qrupunun yeni istehsal kompleksi istifadəyə verilib.

"APA-Economics"in məlumatına görə, istehsal sahəsinin açılışı Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının işçi qrupunun iştirakı ilə baş tutub.

Açılışda Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov, “R-Pharm” Direktorlar Şurasının sədri Aleksey Repik və digər hökumət nümayəndələri iştirak ediblər.

Bakıda fəaliyyət göstərən “R-Pharm” sənaye kompleksində onkoloji, göbələk, virus əleyhinə dərmanların, o cümlədən HIV infeksiyasının, hepatitin, sinir, əsəb, ürək-damar, sümük-əzələ, tənəffüs sistemi xəstəliklərinin müalicəsi üçün dərmanların və antibiotiklərin istehsalı planlaşdırılır.

Sənaye kompleksində həmçinin şəkərli diabet, rentgen kontrast və maqnit rezonans müayinələri üçün vasitə və maddələrin buraxılması da planlaşdırılır. Zavod laboratoriya, istehsal və logistika bölmələri də daxil olmaqla ölkədə ilk əczaçılıq kompleksi olacaq.

Bakıda yaradılan “R-Pharm” əczaçılıq kompleksi MDB məkanında ən müasir istehsal sahələrindən birinə çevriləcək. Ən müasir avadanlıqla təchiz olunmuş istehsal müəssisəsinin sahəsi 4,6 ha olacaq. Kompleks 300-dən çox insanı iş yeri ilə təmin etməklə, kapsul, blister və flakon istehsalı üzrə ixtisaslaşacaq.

Burada 300 iş yerinin yaradılması nəzərdə tutulub.

 





10.12.2019    çap et  çap et