525.Az

“Hacıqabulda yeni zavodun gələn il birinci rübün axırında istifadəyə veriləcəyi gözlənilir”


 

“Hacıqabulda yeni zavodun gələn il birinci rübün axırında istifadəyə veriləcəyi gözlənilir”<b style="color:red"></b>

“Rusiya və Azərbaycan arasında iqtisadi-ticarət dövriyyəsi 2,5 milyard ABŞ dollarını keçib”.

APA-nn Mil-Muğan bürosunun verdiyi məlumata görə, bu barədə Hacıqabul Sənaye Məhəlləsində yeni zavodun tikintisinin təməlqoyma mərasimində iştirak edən Rusiya İqtisadi İnkişaf nazirinin müavini Azər Talıbov jurnalistlərə açıqlamasında bildirib.

Nazir müavini qeyd edib ki, növbəti dəfə yeni müəssisənin təməlqoyma mərasimi - tikinti materialları istehsal edən “Penapleks” zavodunun tikintisi onu deyir ki, bizim iqtisadi əlaqələrimiz düzgün məcrada inkişaf edir: “QAZ” avtomobillərinin yığılması zavodu tikintisinin gedişatı ilə tanış olduq. Belə demək olar ki, tikinti işləri sürətli templə davam edir. Gələn ilin birinci rübünün axırında zavodun istifadəyə veriləcəyi gözlənilir. Fikirlərimi rəqəmlərlə ifadə etmək istərdim. Azərbaycan və Rusiya arasında iqtisadi-ticarət dövriyyəsi artan templə inkişaf edir. Rusiyadan Azərbaycana məhsulların eksportu, həmçinin Azərbaycandan Rusiyaya məhsulların importunda artım müşahidə olunur. İki ölkə arasında 2,5 milyard dollar ticarət dövriyyəsi şkalasını artıq adlamışıq”.

Rusiyalı nazir müavini əlavə edib ki, bu ilin axırına ticarət dövriyyəsinin səviyyəsi 3 milyard ABŞ dollarına çatacağı gözlənilir: “Bizim ticari-iqtisadi dövriyyəni artırmaq üçün böyük potensialımız var. Ötən iki ildəki kimi effektiv əməkdaşlıq səviyyəsini saxlaya bilsək, növbəti illərdə biz maşınqayırma, kimya, tikinti materiallarının istehsalı və digər sahələrdə daha böyük nailiyyətlər əldə edə və artıma nail ola bilərik. Biz Rusiya və Azərbaycan bazarlarına baxdıqda görürük ki, birgə istehsal etdiyimiz məhsulları 3-cü ölkələrin də bazarlarına çıxara bilərik. Biz eyni zamanda Azərbaycan sərmayəsinin Rusiya bazarında daima artımını da alqışlayırıq.

Bu istiqamətdə olan müsbət dinamika əhalinin rifahında özünü göstərməkdədir. Bu da sahibkarların pul qazanmaq imkanlarını daha da artırır ki, biz də bu istiqamətdə addımlar atmaqla buna təkan veririk”.

 





10.12.2019    çap et  çap et