525.Az

Putin və Zelenski birgə bəyannaməni müzakirə ediblər


 

Putin və Zelenski birgə bəyannaməni müzakirə ediblər<b style="color:red"></b>

Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Vladimir Zelenski "Norman Dördlüyü" çərçivəsində ikitərəfli görüş keçiriblər.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Yenisey Sarayının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, təxminən 5-10 dəqiqə davam edən təkbətək görüşdə iki ölkə liderləri birgə bəyannaməni müzakirə ediblər.

Qeyd edək ki, Rusiyanın NTV telekanalı Putinlə Zelinski arasında görüş başlamamışdan Rusiya prezidentinin köməkçisi Yuri Uşakova istinadən bildirmişdi ki, protokola uyğun olaraq, təxminən 45 dəqiqə vaxt ayrılan görüşün əsas mövzusu Minsk razılaşmalarının icrası olacaq.

Uşakov danışıqlar zamanı iki ölkə arasında qaz məsələsinin meydana çıxıb-çıxmayacağını açıqlamayıb.

Xatırladaq ki, Ukrayna və Rusiya prezidentləri səviyyəsində 2016-cı ildən bəri ilk dəfədir görüş keçirilib.

 





10.12.2019    çap et  çap et