525.Az

"Münaqişə ocaqlarında azərbaycanlı qadınlardan həbs və ya edam edilənlər olub"


 

"Münaqişə ocaqlarında azərbaycanlı qadınlardan həbs və ya edam edilənlər olub"<b style="color:red"></b>

“Münaqişə ocaqlarında yetim qalmış azərbaycanlı uşaqların ölkəyə gətirilməsi istiqamətində işlər davam etdirilir. Yaxın zamanlarda oradakı uşaqlardan bir qisminin ölkəyə gətirilməsi planlaşdırılır”.

APA-nın xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov deyib.

O bildirib ki, münaqişə ocaqlarından qayıdan kişilərin 110 nəfərdən çoxu məsuliyyətə cəlb edilib: “Hazırda proses davam edir. Münaqişə ocaqlarında iştirak etmiş 400-ə yaxın Azərbaycan vətəndaşının vətəndaşlığı ləğv olunub. Onlar artıq ölkəyə qayıda bilməzlər”.

S. Heydərov qeyd edib ki, münaqişə ocaqlarında olan azərbaycanlı qadınların əksəriyyəti hadisələrdə iştirakçı olub: “Onların içərisində həbs və edam edilənlər var. Həmçinin həmin qadınların əksəriyyəti vətəndaşlığı məlum olmayan şəxslərlə evlənib və uşaq dünyaya gətirib. Həmin qadınların da vətəndaşlığının ləğv edilməsi məsələsi gündəmdə olacaq”.

 





10.12.2019    çap et  çap et