525.Az

Avronestin sədri: “Avropa Azərbaycanı vacib tərəfdaş kimi nəzərdən keçirir”


 

Avronestin sədri: “Avropa Azərbaycanı vacib tərəfdaş kimi nəzərdən keçirir”<b style="color:red"></b>

“Azərbaycan Avropanın enerji təhükəsizliyinin təmin edilməsi baxımından böyük önəmə malikdir”.

Bu barədə APA-nın Gürcüstan bürosuna açıqlamasında Avropa Parlamentinin üzvü, Avronestin sədri Andrius Kubilius deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanı vacib tərəfdaş kimi nəzərdən keçirir.

“Avropa enerji mənbələrinin, qaz tədarükçülərinin şaxələndirilməsinə ehtiyac duyur. Bu məqsədlə LNG terminalları inşa edilir. Aydındır ki, Azərbaycan bu baxımdan Avropa üçün vacibdir. Avropa Azərbaycanı vacib bir tərəfdaş kimi nəzərdən keçirir”, -deyə A.Kubilius vurğulayıb.

 





10.12.2019    çap et  çap et