525.Az

Bakı-Məşhəd çarter reyslərinin həyata keçirilməsinə başlanılır


 

Bakı-Məşhəd çarter reyslərinin həyata keçirilməsinə başlanılır<b style="color:red"></b>

Azərbaycan və İran arasında iqtisadi əlaqələrinin daha da inkişaf etdirilməsi çərçivəsində dekabrın 16-dan Bakıdan İslam Respublikasının Məşhəd şəhərinə çarter reyslərinin həyata keçirilməsinə başlanılacaq.

Bu barədə "Report" "Azərbaycan Hava Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, aviareyslər sifarişdən asılı olaraq həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri, saat 14:30-da, aviaşirkətin aşağı büdcəli törəməsi - "Buta Airways"ə məxsus "Embraer 190" tipli təyyarələrlə yerinə yetiriləcək.

 





12.12.2019    çap et  çap et