525.Az

Texniki tənzimləmənin tətbiq edilə bilinməyəcəyi sahələr müəyyənləşdiriləcək


 

Texniki tənzimləmənin tətbiq edilə bilinməyəcəyi sahələr müəyyənləşdiriləcək<b style="color:red"></b>

Azərbaycanda texniki tənzimləmənin tətbiq edilə bilinməyəcəyi sahələr (hallar) müəyyənləşdiriləcək.

"APA-Economics"in məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla beynəlxalq təcrübə nəzərə alınmaqla, texniki tənzimləmənin tətbiq edilə bilinməyəcəyi sahələri (halları) müəyyənləşdirəcəyi təqdirdə, bununla bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

İqtisadiyyat Nazirliyinə istehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi qaydalarının layihəsini də Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

 





13.12.2019    çap et  çap et