525.Az

Kraliça Consona hökuməti formalaşdırmağı həvalə edib


 

Kraliça Consona hökuməti formalaşdırmağı həvalə edib<b style="color:red"></b>

Baş Nazir, Mühafizəkarlar Partiyasının sədri Boris Conson Bukingem sarayında Böyük Britaniya Kraliçası ikinci Yelizaveta ilə görüşüb.

APA-nın Britaniya bürosunun “BBC”yə istinadən verdiyi xəbərə görə, Kraliça onu rəsmi olaraq, növbəti hökuməti formalaşdırmağa dəvət edib.

Qeyd edək ki, Britaniyada növbədənkənar keçirilən parlament seçkisinin nəticələri bu gün açıqlanıb. Nəticələrə əsasən, Boris Consonun lideri olduğu Mühafizəkarlar Partiyası parlamentdəki 620 yerdən 364-nü qazanıb ki, bu da ötən seçki ilə müqayisədə 47 yer çoxdur.

 

 





13.12.2019    çap et  çap et