525.Az

Şirməmməd Hüseynovun 95 illiyi münasibətilə "Ustad" xüsusi buraxılışı


 

Şirməmməd Hüseynovun 95 illiyi münasibətilə "Ustad" xüsusi buraxılışı <b style="color:red"></b>

Görkəmli alim və mətbuat tədqiqatçısı, Əməkdar jurnalist Şirməmməd Hüseynovun anadan olmasının 95 illiyi münasibətilə "525-ci qəzet"in hazırladığı "Ustad" xüsusi buraxılışı çap olunub.

Xüsusi buraxılışda BDU-nun rektoru Elçin Babayevin "Ləyaqət və həqiqət simvolu: Şirməmməd Hüseynov", BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu və "Jurnalistika" elmi-tədqiqat laboratoriyasının elmi işçisi Samir Xalidoğlunun müəllifi olduğu "Böyük jurnalist və yorulmaz tədqiqatçı-alim", AZƏRTAC-ın İdarə Heyyətinin sədri Aslan Aslanovun "Şirməmməd Hüseynov məktəbinin məzunu olmaq böyük fəxarətdir" başlıqlı yazıları yer alıb. Qeyd edilib ki, mətbuat tarixçilərinin və jurnalistlərin özlərinə ustad və ağsaqqal hesab etdikləri Şirməmməd Hüseynov təkcə peşəkar jurnalist deyil, eyni zamanda, böyük vətənpərvər ziyalı, elm xadimi və tədqiqatçıdır. Buraxılışda BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor  Cahangir Məmmədlinin "Gözümdən silinməyən xatirələr" başlıqlı müsahibəsi də oxuculara təqdim edilib. 

Buraxılışda həmçinin, Filologiya elmlər doktoru Alxan Bayramoğlunun Şirməmməd Hüseynovun xatirəsinə həsr edilən  "Riyaziyyatçı jurnalist", Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti Könül Niftəliyevanın  "Milli tariximizin istiqlal zəfəri" adlı yazıları yer alıb.

Buraxılışda həmçinin, Azərbaycan ziyalılarının və tanınmış jurnalistlərin Şirməmməd Hüseynov haqqında xatirələrinə və fikirlərinə də yer verilib.

S.QARAYEVA

 





18.12.2019    çap et  çap et