525.Az

Araz Əzimov Rumıniya və Serbiyada səfərdə olub


 

 Araz Əzimov Rumıniya və Serbiyada səfərdə olub<b style="color:red"></b>

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Araz Əzimov Azərbaycan Respublikası ilə Rumıniya və Serbiya arasında siyasi məsləhətləşmələrin növbəti mərhələlərində iştirak etmək məqsədilə oktyabrın 9-10 tarixlərində Buxarest, 11 oktyabr tarixində isə Belqrad şəhərində səfərdə olub.
 
525.az-ın XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə Səfər müddətində nazir müavini qeyd edilən ölkələrin müvafiq qurumları ilə regional və beynəlxalq məsələlər barəsində fikir mübadiləsi aparmış və Azərbaycanın bu ölkələrlə ikitərəfli, eləcə də, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının inkişaf perspektivlərini müzakirə edib.
 

Eyni zamanda, nazir müavini Rumıniyaya səfəri çərçivəsində Azərbaycan və Rumıniya arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr edilmiş brifinqdə çıxış edib.

 





12.10.2012    çap et  çap et