525.Az

Şəmsəddin Kuzəçinin "İraq mətbuat tarixi" kitabı Bakıda təqdim edilib


 

Şəmsəddin Kuzəçinin "İraq mətbuat tarixi" kitabı Bakıda təqdim edilib<b style="color:red"></b>

İraq Türkmən Jurnalistlər Cəmiyyətinin sədri Şəmsəddin Kuzəçinin Regional hüquqi və iqtisadi maarifləndirmə İctimai Birliyinin dəstəyilə çap olunan "İraq mətbuat tarixi" adlı kitabının təqdimat mərasimi keçirilib.

Şəmsəddin Kuzəçinin də iştirakıyla "Azərkitab" kitab mərkəzində keçirilən təqdimat mərasiminə İraqın Azərbaycandakı səfiri Fadil Al-Şuveyli, millət vəkilləri Qənirə Paşayeva, Əflatun Amaşov, elm adamları, ictimaiyyət və mətbuat nümayəndələri qatılıblar.

Regional hüquqi və iqtisadi maarifləndirmə ictimai birliyinin sədri Arzu Bağırova Şəmsəddin Kuzəçi və onun yeni kitabı haqqında məlumat verib, birliyin hər zaman Azərbaycan və Türk dünyası ədəbi əlaqələrinin inkişafındakı işlərə dəstək göstərəcəyini vurğulayıb.

Çıxış edən səfir Al-Şuveyli Azərbaycan və İraq arasındakı əlaqələrdən söz açıb və adıçəkilən kitabın Azərbaycan dilində çap edilməsini yüksək qiymətləndirib.

Millət vəkilləri Qənirə Paşayeva və Əflatun Amaşov çıxış edərək Şəmsəddin Kuzəçinin iki ölkə arasındakı ədəbi və mədəni əlaqələrin inkişaf etdirilməsində böyük rol oynadığını bildiriblər.

Şəmsəddin Kuzəçi belə bir səbəbdən ötrü Bakıda olmaqdan məmnunluq duyduğunu dilə gətirib: "Bu, artıq Azərbaycana 19-cu gəlişimdir. "İraq mətbuat tarixi" kitabımın Azərbaycan dilinə çevrilməsində, onun çapında əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Bu kitabın çapı mənim üçün həm də ona görə sevindiricidir ki, sayca çap olunan 50-ci kitabımdır".

Sonda kitabın çapında əməyi keçən və iki ölkə arasında körpü rolunu oynamış şəxslərə İraq səfirinin imzası olan təşəkkürnamələr təqdim edilib, xatirə fotosu çəkdirilib.

ŞAHANƏ

 





21.12.2019    çap et  çap et