525.Az

XİN: Qazaxıstanda təyyarə qəzasında ölən və xəsarət alanlar arasında azərbaycanlılar yoxdur


 

XİN: Qazaxıstanda təyyarə qəzasında ölən və xəsarət alanlar arasında azərbaycanlılar yoxdur<b style="color:red"></b>

Ölkəmizin Qazaxıstandakı səfirliyinin verdiyi məlumata əsasən Almatıda baş vermiş təyyarə qəzası nəticəsində ölən və xəsarət alanlar arasında azərbaycanlıların olması ilə bağlı hələ ki, məlumat daxil olmayıb.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Qeyd edək ki, Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus "Fokker 100" tipli sərnişin təyyarəsi Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər ölüb, daha 35 nəfər xəsarət alıb.

 





27.12.2019    çap et  çap et