525.Az

Türkan Turanın Türkiyədə romanı çap edilir


 

Türkan Turanın Türkiyədə romanı çap edilir<b style="color:red"></b> Azərbaycanlı yazar, "525-ci qəzet"in əməkdaşı Türkan Turan Türkiyənin Doğan Egmont Yayın Evi ilə müqavilə bağlayıb.
Yazıçı dedektiv janrda qələmə aldığı "Saranın Gözləri" romanının 2020-ci ilin may ayının sonu, iyun ayının əvvələrində işıq üzü görəcəyini deyir: "Anlar var, məqamlar var. Bu gün isə həyatımın hadisəsi oldu. Yuxu kimidir, amma gerçəkdir.
Roman dedektiv janrda, türkcə yazılıb. Bütün dünyada aktual olan və hər kəsi maraqlandıran, düşündürən, narahat edən, heç cürə həlli mümkün görünməyən orqan mafiyasından bəhs edir. Hadisələr çoxsayda ölkələri əhatə edir. Roman bir həftə öncə yayın kurulu tərəfindən onaylanmışdı. Dünən müqavilə bağlanması mənim üçün də surpriz oldu. Anlaşma minimum beş il qüvvədə olacaq. İndi qarşıda çox önəmli bir ay var. Fevralın 1-ə qədər son düzəltmələr edərək yenidən nəşriyyata göndərəcəm. Üç aylıq redaktə dönəmindən sonra mayın sonları, iyunun əvvəllərində kitab işıq üzü görəcək. "Saranın gözləri" romanının həm Azərbaycan, həm də dünya ədəbiyyatı üçün gözəl töhfə olacağına ümid edirəm".
Qeyd edək ki, Türkan Turan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsüdür. "Saranın gözləri" yazıçının ikinci kitabı və ilk romanıdır. İlk kitabı azərbaycan dilində nəşr edilən "O" esselər toplusudur.
 





28.12.2019    çap et  çap et