525.Az

Süleymaninin öldürüldüyü təsdiqləndi, İran ABŞ-dan qisas alacağını bəyan etdi - Video


 

Süleymaninin öldürüldüyü təsdiqləndi, İran ABŞ-dan qisas alacağını bəyan etdi - <b style="color:red">Video </b>

“İran Bağdadda raket zərbəsi nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds xüsusi təyinatlı qüvvələrinin başçısı general Qasim Süleymaninin ölümünə görə ABŞ-dan qisas alacaq”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu İranın Ali rəhbərin məsləhət orqanının keçmiş komandanı Möhsin Rezai “twitter” səhifəsində bildirib.

İran prezidentinin müşaviri Hesamaddin Aşna isə ABŞ-ın "öz həyəcanlı oyunları ilə" Yaxın Şərqdə özünə ən təhlükəli şərtlər yaratdığını deyib, bildirib ki, Vaşinqton bunun nəticələrinə hazır olmalıdır.

Pentaqon da öz növbəsində general Suleymaninin öldürüldüyü xəbərini təsdiq edib.

ABŞ ordusunun mətbuat xidmətinin cümə axşamı yaydığı açıqlamasında qeyd edilib ki, iranlı generalın ölümünə səbəb olan raket zərbəsi prezident Donald Trampın əmri ilə endirilib.

*** 05:42

Adı açıqlanmayan ABŞ rəsmisi cümə günü Bağdadda "İranla əlaqəli iki hədəfə" zərbə endirildiyini təsdiqləyib.

APA “Reuters”ə istinadən xəbər verir ki, Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Quds Xüsusi Qüvvələrinin rəhbəri general Qasim Süleymaninin də öldürüldüyü iddia edilir.

Lakin bununla bağlı Pentaqon hələlik rəsmi olaraq heç bir münasibət bildirməyib.

 





03.01.2020    çap et  çap et