525.Az

Azərbaycan İran üzərindən yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyəcək


 

Azərbaycan İran üzərindən yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyəcək<b style="color:red"></b>

"Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Buta Airways" aviaşirkətləri hazırda İran istiqamətində və bu ölkənin ərazisi üzərindən keçməklə yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, o cümlədən, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, bu gün göyərtəsində 180 sərnişin olan Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi “texniki nasazlıq” səbəbindən Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb.

 

 





08.01.2020    çap et  çap et