525.Az

Azərbaycan Prezidenti: “Sovetski”də geniş xiyabanlar salmışıq, yol hərəkəti nə qədər yüngülləşib”


 

Azərbaycan Prezidenti: “Sovetski”də geniş xiyabanlar salmışıq, yol hərəkəti nə qədər yüngülləşib”<b style="color:red"></b>

“Nəqliyyat infrastrukturuna xüsusi diqqət verilməlidir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

Prezidentin sözlərinə görə, son illər ərzində köçürülmələr aparılan bir çox yerlərdə müasir nəqliyyat qovşaqları yaradılır, küçələr genişləndirilir.

“Yenə də keçmişdə “Sovetski” adlandırılan əraziyə qayıdıram, orada küçələrin eni iki metrdən çox deyildi. İndi geniş xiyabanlar salmışıq. İndi yol hərəkəti nə qədər yüngülləşib. Nəqliyyat infrastrukturu təkcə avtomobil yollarından ibarət deyil. İndi bizim şəhərətrafı dəmir yolu nəqliyyatı yeni mərhələyə qədəm qoyur. Bu il artıq dairəvi hərəkət marşrutu da işə düşəcək. Bu da, əlbəttə, avtomobil yollarına düşən yükü azaldacaq. Ona görə şəhərsalma qaydaları, nəqliyyat infrastrukturu, digər kommunikasiyalar, memarlıq prinsipləri, Bakı şəhərinə uyğun memarlıq üslubunun qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması və digər amillər daim diqqət mərkəzində olmalıdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

 





08.01.2020    çap et  çap et