525.Az

Beqoviçin qayıdacağı xəbərinə "Qarabağ" rəhbərliyindən münasibət


 

Beqoviçin qayıdacağı xəbərinə "Qarabağ" rəhbərliyindən münasibət<b style="color:red"></b>

Bu gün Britaniya mətbuatında müqavilə ilə "Bornmut"a məxsus olan Asmir Beqoviçin karyerasını  "Qarabağ"da davam etdirə biləcəyinə dair xəbərlər yayılıb.

Ağdam klubunun direktoru Əmrah Çelikel məsələyə münasibət bildirib.

O, Qol.az-a açıqlamasında bosniyalı qapıçının transfer qiymətinin Ağdam təmsilçisinə uyğun olmadığını deyib: "Beqoviçə görə klublar arasında rəsmi danışıqlar dayandırılıb. Onun qiyməti bizim transfer üçün ayırdığımız büdcənin  üstündədir".

Xatırladaq ki, 32 yaşlı qolkiper sentyabr ayında 4 aylıq icarə əsasında "Qarabağ"a keçmişdi. O, Ağdam klubunda 2019-cu ilin sonuna qədər oynayıb.

 





08.01.2020    çap et  çap et