525.Az

Avstriyada mağazalar istifadə müddəti bitmiş ərzağı pulsuz paylayacaq


 

Avstriyada mağazalar istifadə müddəti bitmiş ərzağı pulsuz paylayacaq<b style="color:red"></b>

Avstriyanın hakimiyyət orqanları mağazalara istifadə müddəti bitmiş, lakin istifadəyə yararlı qida məhsullarını xeyriyyə təşkilatlarının ehtiyacları üçün pulsuz paylamaları barədə göstəriş verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu qərar Avstriyanın yeni Nazirlər Kabinetinin işgüzar proqramında nəzərdə tutulub. Burada qida tullantılarına qarşı fəaliyyət planından söhbət gedir. İstifadə müddəti tükənmiş qida məhsullarının paylanmasına Milli Koordinasiya Mərkəzi nəzarət edəcək.

Qeyd edək ki, Avstriya mağazalara istifadə müddəti bitmiş ərzaq məhsullarını tullamağı qadağan edən ilk ölkə deyil: eyni sistem 2016-cı ildən etibarən Fransada tətbiq olunur.

 





09.01.2020    çap et  çap et