525.Az

Ülvi Bünyadzadənin 50 illiyilə bağlı müsabiqənin yekun mərasimi keçiriləcək


 

MƏRASİMDƏ MÜSABİQƏYƏ TƏQDİM EDİLMİŞ MƏTNLƏRDƏN İBARƏT KİTABIN TƏQDİMATI OLACAQ

Ülvi Bünyadzadənin 50 illiyilə bağlı müsabiqənin yekun mərasimi keçiriləcək<b style="color:red"></b>

Yanvarın 17-də saat 12-də Azərbaycan Dillər Universitetində, “525-ci qəzet”in təşkil etdiyi, 20 Yanvar şəhidi şair Ülvi Bünyadzadənin 50 illiyinə həsr olunmuş, vətənpərvərlik mövzulu şeir və esse müsabiqəsinin yekunları ilə bağlı tədbir keçiriləcək.

Tədbirdə qaliblər və iştirakçılar mükafatlandırılacaq, həmçinin müsabiqəyə təqdim edilmiş mətnlərdən ibarət “Vətən – şəhid əmanəti” kitabının təqdimatı olacaq.

Müsabiqə iştirakçılarının qatılması vacibdir, ictimaiyyət nümayəndələri və maraqlanan hər kəs dəvətlidir.

Ünvan: Rəşid Behbudov küçəsi 134, 3-cü mərtəbə, ADU-nun Heydər Əliyev Lektoriyası

Xatırladaq ki, müsabiqənin yekununda Şəfa Vəli “Anamın boyat dərdi” essesi ilə 1-ci mükafatı qazanıb.
Emin Piri “Qələmlə yazılanlar”, Günel Bayatlı (Mehdizadə) “Qəbirdə də Qarabağın özüyəm”, Heyran Cavadova “İyirmi”, İlahə Əhmədova “Qırmızıya bürünmüş qara tarix” essesinə görə  - ikinciliyə layiq görülüb.

Elmin Nuri “Ruhköçürmə stansiyası” essesi, Gülnar Natiqqızı “İgidim Ülvi” şeiri, Kənan Novruzov “İllər keçsə də... yaşayacaq...”, Nahidə Xəqaniqızı “Xalqın ürəyində yer alan şair”, Nərgiz Qazi “Vətəni qürbətdə yaşamaq”, Simran Qədim “İşığa toplaşanlar”, Şəhla Aslan “Torpaq - dövlətin təməli kimi” essesi ilə üçüncü mükafata layiq bilinib.

Afiq Abdullayev “Ülvi Bünyadzadə - tarixin şahidi və vətənin şəhidi olan gənc”, Aysel Misirgil “Gedənlər geriyə dönür...”, Dəniz Kərimli “Onlar mütləq doğma yurda qayıdacaqlar”, Etibar Həsənzadə “Şəhidlik ülviyyəti”, Əminə Mirzəyeva “Vətən mənim bu günüm...”, Fatimə Şavruqova “Vətənpərvərlik”, Günel Abbas “Vətənə getməyim gəlir...”, Günəş Mərdiyeva “Hər addımda vətənpərvərlik”, Nuranə Abbasova “Qorxu”, Pərvanə Fərhadqızı “Vətən cənnətdir”, Sevda Səfərova “Gəncliyə örnək ömür yolu”, Sonaxanım Əzizova “Ölümsüzlük şərbəti - Şəhidlik” essesi ilə, Ayşən Məmmədova “Sil gözünü, Azərbaycan!”, Elnur Rəhimov “Bağışla, ürək”, Elvin Əlizadə “Bayraq”, Ərşad Nihad “İlk sözün vətəndi, son sözün vətən”, Gülay Tahirli “Salam, ana torpaq!”, Xətai Misirzadə “Sən bir zirvəsən...”, Məhəmməd Hacıyev “Vətən”, Nigar Arif “Çağırış”, Pərviz Əlyaroğlu “Mən ölmək istəmirəm!”, Səidə Əliyeva “Elegiya”, Tural Cəfərli “Kor güllənin işıq həsrəti”, Ulucay Akif “Vətən” şeiri ilə iştirakçı kimi mükafat qazanıb.


 





10.01.2020    çap et  çap et