525.Az

Bakı şəhər Baş Polis İdarəsində yeni təyinat olub


 

Bakı şəhər Baş Polis İdarəsində yeni təyinat olub<b style="color:red"></b>

Polis polkovniki Nazim İsmayılov Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, İdarənin Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

APA-nın xəbərinə görə, təyinatla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Məlumatı Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.

 





15.01.2020    çap et  çap et