525.Az

Xidmət rəisi: "2019-cu ildə 2041 əcnəbi daimi yaşamaq üçün icazə alıb"


 

Xidmət rəisi: "2019-cu ildə 2041 əcnəbi daimi yaşamaq üçün icazə alıb"<b style="color:red"></b>

"2019-cu ildə 2041 əcnəbi daimi yaşamaq üçün icazə alıb".

APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında DMX rəisi Vüsal Hüseynov bildirib. Onun sözlərinə görə, bu, 2018-ci illə müqayisədə 37 faiz azalma deməkdir: "Daimi yaşama üçün icazə alanlardan 747 nəfəri Gürcüstan, 571 nəfəri Rusiya, 196 nəfəri Türkiyə, 95 nəfəri İran, 88 nəfəri Ukrayna, 343 nəfəri digər ölkələrin vətəndaşlarıdır". Xidmət rəisi həmçinin qeyd edib ki, ötən il 6680 nəfər əcnəbi iş icazəsi alıb: "Bu, əvvəlki illə müqayisədə 8 faiz artım deməkdir. İş icazəsi alanlardan 2355 nəfəri Türkiyə, 930 nəfəri Birləşmiş Krallıq, 449 nəfəri Hindistan, 285 nəfəri Rusiya, 259 nəfəri İran, 2402 nəfəri digər ölkələrin vətəndaşlarıdır".

 





15.01.2020    çap et  çap et