525.Az

Azərbaycan Türkiyəyə elektrik enerjisinin ixracını ötən il kəskin artırıb


 

Azərbaycan Türkiyəyə elektrik enerjisinin ixracını ötən il kəskin artırıb<b style="color:red"></b>

2019-cu ildə Azərbaycan Gürcüstan üzərindən Türkiyəyə tranzit elektrik enerjisi ixracını 9 dəfə və ya 122 726 997,3 kVt-saat artıraraq 136 160 290,4 kVt-saata çatdırıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Enerjisinin Kommersiya Operatorunun (ESCO) illik hesabatında məlumat verilib.

Bildirilib ki, bu göstərici 2018-ci ildə 13 433 293,1 kVt-saat təşkil edib.

Təkcə ötən ilin dekabrında Azərbaycanın Gürcüstan üzərindən Türkiyəyə ixrac etdiyi elektrik enerjisinin həcmi isə 19 470 946,5 kVt-saat təşkil edib.

 





15.01.2020    çap et  çap et