525.Az

Orxan Aras "İlin yazıçısı" mükafatına layiq görülüb


 

Orxan Aras "İlin yazıçısı" mükafatına layiq görülüb<b style="color:red"></b>

Avropadakı Türk birliklərindən olan "Poyad" Almaniyanın Reyibnerq şəhərində keçirtdiyi mərasimdə ilin yazıçısı mükafatını Orxan Arasa verib.
 
Avropanın müxtəlif ölkələrindən minlərlə insanın qatıldığı mərasimdə "Poyad"ın sədri Ərcan Özcan çıxış edərək "Poyad"ın hər ilk Avropada yaşayan uğurlu sənətçilərə, iş adamlarına və digər sahələrdə çalışan insanlara mükafatlar verdiyini bildirib. Deyib ki, ədəbiyyat sahəsi üzrə bu ilki mükafata tanınmış yazıçı Orxan Aras layiq görülüb.

Roman və araşdırma janrında Almaniya, Türkiyə və Azərbaycanda kitabları çap olunan Orxan Aras 2019-cu ildə almanca yayımlanan "Mavi gözlərin eşqi" və "Essad bəy" adlı kitablarıyla mətbuatda yer almışdı.

Orxan Aras uzun illərdir Almaniyada yaşayır. O, Almaniya və Azərbaycan Yazıçılar birliklərinin Fəxri üzvüdür.

Şahanə MÜŞFİQ

 





15.01.2020    çap et  çap et