525.Az

Zelenski ilə Merkel təbii qazın Ukraynadan Avropaya nəqli məsələsini müzakirə ediblər


 

Zelenski ilə Merkel təbii qazın Ukraynadan Avropaya nəqli məsələsini müzakirə ediblər<b style="color:red"></b>

Yanvarın 15-də Ukrayna Prezidenti Vladimir Zelenski və Almaniyanın Kansleri Angela Merkel arasında telefon danışığı olub.

AZƏRTAC Ukrayna Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, telefon danışığı zamanı təbii qazın Ukraynadan Avropaya nəqlinə dair razılaşma müzakirə edilib.

Vladimir Zelenski əldə olunan güzəştlərdən və yeni müqavilənin bağlamasından məmnunluğunu bildirib, vasitəçiliyə görə Almaniyaya təşəkkürünü bildirib.

Angela Merkel qeyd edib ki, növbəti vəzifə rəqabət qabiliyyətini artırmaq üçün Ukraynanın qaz nəqli sisteminə qoyulan sərmayənin artırılmasını təmin etməkdir.

Xatırladaq ki, Ukrayna, Rusiya və Avropa İttifaqı 5 il müddətinə, 10 il uzadılma imkanı ilə yeni qaz müqaviləsi imzalayıb.

Müqaviləyə əsasən birinci ildə minimum 65 milyard kubmetr, növbəti 4 il ərzində isə 40 milyard kubmetr qazın vurulması nəzərdə tutulur.

 





15.01.2020    çap et  çap et