525.Az

"İrəli"də "Könüllülər ili" ilə əlaqədar fəaliyyət planı müzakirəyə çıxarıldı


 

"İrəli"də "Könüllülər ili" ilə əlaqədar fəaliyyət planı müzakirəyə çıxarıldı<b style="color:red"></b>

2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar "İrəli" İctimai Birliyinin bu il üzrə fəaliyyət planı təsdiq olunub.

Təşkilatın sədri Mirhəsən Seyidov və təşkilati heyət “İrəli”nin fəal üzvləri ilə görüşüb.

Görüşdə birliyin 2020-ci il ərzində gerçəkləşdirməyi nəzərdə tutduğu fəaliyyət planı, həmçinin, “Könüllülər ili” ilə əlaqədar atıla biləcək addımlar müzakirə olunub.

M.Seyidov prezidentin bu ili “Könüllülər İli” elan etməsi qərarının gənclərin sevincinə səbəb olduğunu, bunun ölkə gəncliyinə göstərilən böyük diqqət və qiymətin göstəricisi olduğunu vurğulayıb.

Görüşdə həmçinin, gənclərin müasir dövrdə istək və gözləntiləri müzakirə edilib, gənclərin səsləndirdiyi fikirlər qeydə alınıb. Eyni zamanda, gənclərin təşəbbüs və təklifləri dinlənilərək, cari il üçün nəzərdə tutulan tədbirlər planına əlavə edilib.

Qeyd edək ki, “İrəli” İctimai Birliyi gənclərin ehtiyaclarının müəyyənləşdirilməsi üçün üzvlər və gənc könüllülər ilə bu cür görüşləri mütəmadi olaraq keçirir və gənclərin təşəbbüslərinin dinlənilməsi və onlara dəstək göstərilməsinə xüsusi diqqət ayırır.

Cavid QƏDİR

 





16.01.2020    çap et  çap et