525.Az

Almaniyanın XİN başçısı Xəlifə Haftarla görüşmək üçün Benqaziyə gedib


 

Almaniyanın XİN başçısı Xəlifə Haftarla görüşmək üçün Benqaziyə gedib<b style="color:red"></b>

Almaniyanın Xarici İşlər naziri Hayko Maas Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftarla görüşəcək.

APA-nın "LİBYAALAHRAR.TV"yə istinadən verdiyi xəbərə görə, Almaniya Xarici İşlər Nazirliyi Hayko Maasın Xəlifə Haftarla görüşmək üçün Benqaziyə səfərə getdiyini bəyan edib.

Daha öncə Almaniya XİN başçısı jurnalistlərə açıqlamasında bildirib ki, Liviya münaqişəsinin hərbi yolla həlli qeyri-mümkündür və  Berlində keçiriləcək konfrans Liviya daxilində siyasi dialoqun başlamasına imkan yaradacaq.

Qeyd edək ki, yanvarın 19-da Berlində Liviya ilə bağlı beynəlxalq sammit keçiriləcək. Artıq Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar və Liviyanın Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac bu sammitdə iştirak edəcəklərini bildiriblər.

 





16.01.2020    çap et  çap et