525.Az

Mo Yan kimdir?


 

Mo Yan kimdir?<b style="color:red"></b>

Ötən gün ədəbiyyat üzrə Nobel mükafatının qalibinin adının açıqlanması haqda xəbər vermişdik.

525.az-ın “Newyork Times”a  istinadən verdiyi məlumata görə, çinli yazar Mo Yanın bu nailiyyəti hökumət və xalq tərəfindən böyük sevincə səbəb olub.

Xatırladaq ki, 2010-cu ildə Nobelin sülh mükafatı Çin hökuməti tərəfindən həbsə alınan Liu Xiaoboya verilmişdi. Qərbin bu addımı hökumət tərəfindən müsbət qarşılanmamışdı. Hətta bu xəbərin Çin dövlət saytlarında yayılması da qadağan edilmişdi.

Lakin ötən gün Mo Yanın qələbə qazanması Çində böyük bayrama səbəb olub. Çin dövlət Televiziyası “CCTV” bu xəbəri aldıqdan dərhal sonra canlı yayımı dayandıraraq bu haqda anons yayıb:

“Bu qələbə Çin üçün böyük nailiyyətdir. Qərb bizim nə qədər inkişaf etdiyimizi bir daha gördü”. 

Qeyd edək ki, yazıçı Mo Yan daha çox sosial tənqidi yazıları ilə məşhurlaşıb. O, özünün novella və romanlarında çinli kəndlilərin həyatını, onların yaşamını işıqlandırmaq üçün müxtəlif obrazlar yaradıb. Yazıçının əsərləri bir çox dünya dillərinə tərcümə edilib. Ona ən çox məşhurluq gətirən isə “Qırmızı zanbaqlar” əsəri olub. O, bu əsərində Yapon işğalı, oğurlanan mədəniyyət və çinli kəndlilərin ağır həyatı ilə əlaqədar bir sıra məqamları işıqlandırıb. Özünü siyasətçi hesab etməyən yazıçı dövlət əleyhinə təbliğatla da məşğul olmur.

Qeyd edək ki, Nobel mükafatının ədəbiyyat üzrə builki qalibi Mo Yan öz əsərləri ilə Qabriel Qarsia Markes və Viliam Folknerlə bir səviyyədə tutulur.

 





12.10.2012    çap et  çap et