525.Az

Putin Almaniyaya səfər edəcək


 

Putin Almaniyaya səfər edəcək<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin Almaniyaya səfər edəcək.

APA-nın Kremlin saytına istinadən verdiyi xəbərə görə, səfərin məqsədi yanvarın 19-da Berlində Liviya ilə bağlı beynəlxalq samittə qatılmaqdır.

"Sammit çərçivəsində Liviya böhranının həlli, o cümlədən hərbi əməliyyatların dayandırılması, müharibə edən tərəflərin barışığı və BMT-nin himayəsi altında geniş siyasi dialoqun başladılması ilə bağlı fikir mübadiləsi aparılacaq.

Əsas razılaşmalar konfransın yekun sənədində əks olunacaq"- Kremlin yaydığı məlumatda qeyd olunub.

Xatırladaq ki, yanvarın 19-da Berlində Liviya ilə bağlı beynəlxalq sammit keçiriləcək. Artıq Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar və Liviyanın Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac bu sammitdə iştirak edəcəklərini bildiriblər.

Berlində keçiriləcək beynəlxalq konfransa Türkiyə, ABŞ, Çin, Fransa, İngiltərə, İtaliya və digər ölkələrin rəsmiləri də dəvətlidirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib ərdoğan da bu konfransa qatılacaq.

 





17.01.2020    çap et  çap et