525.Az

Meliorasiya və Su Təsərrüfatı ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib


 

Meliorasiya və Su Təsərrüfatı ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib<b style="color:red"></b>

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Cəmiyyətin sədri Əhməd Əhmədzadə sovet ordusunun xüsusi təyinatlılarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzün insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu deyib. 20 Yanvar faciəsi və xalqımızın azadlıq mübarizəsi haqqında danışan sədr onun tarixi hadisə kimi önəmini vurğulayıb.

Sədr 20 Yanvar hadisələrinə siyasi qiymətin də məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə verildiyini bildirib. Vurğulanıb ki, bu gün də 20 Yanvar şəhidlərinin xatirəsi Prezident İlham Əliyev tərəfindən əziz tutulur. Dövlətimizin başçısı ərazi bütövlüyümüzün bərpası uğurunda inamlı siyasət aparır.

Qeyd edək ki, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan anım tədbirləri Cəmiyyətin tabeliyində olan digər idarə və təşkilatlarda da keçirilir.

S.QARAYEVA

 





18.01.2020    çap et  çap et