525.Az

Fransa XİN ermənipərəst parlament üzvünə cavab verdi


 

Fransa XİN ermənipərəst parlament üzvünə cavab verdi<b style="color:red"></b>

Nazirlik ermənipərəst parlament üzvünün Ramil Səfərovla bağlı sorğusunu cavablandırıb

Fransa Xarici İşlər Nazirliyi Milli Assambleyanın üzvü Valeri Buayenin (Valerie Boyer) Ramil Səfərovun ekstradisiyası və əfv olunmasına XİN-in münasibətini öyrənmək üçün 1 ay əvvəl göndərdiyi deputat sorğusuna cavab verib. APA-nın xəbərinə görə, Fransa XİN-in “Rəsmi qəzet”də dərc olunan cavabında bildirilir ki, nazirlik artıq bu məsələyə münasibətini ifadə edib: “Azərbaycan və Ermənistan arasında artan gərginlik fonunda danışıqlar prosesinin kəsilməməsi vacibdir”.

Açıqlamada qeyd olunur ki, Fransa ATƏT-in Minsk Qrupunu həmsədri olaraq öz vəzifələrini yerinə yetirməyə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində çalışmağa davam etmək niyyətindədir: “Bu məqsədlə yaxın günlərdə və həftələrdə bizim hər iki ölkə ilə yüksək səviyyəli təmaslarımız olacaq”.

Xatırladaq ki, V. Buaye uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin müəllifidir.

 





12.10.2012    çap et  çap et