525.Az

NATO Gürcüstanda hərbi kontingent yerləşdirmək niyyətindədir


 

NATO Gürcüstanda hərbi kontingent yerləşdirmək niyyətindədir<b style="color:red"></b>

NATO bu il Gürcüstanda hərbi kontingent yerləşdirmək niyyətindədir.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, hərbi qüvvələrin 2020-ci ildə həyata keçiriləcək “Avropanın müdafiəçisi – 2020” təlim layihəsi çərçivəsində Gürcüstana gətiriləcəyi gözlənilir.

Məlumata görə, layihə çərçivəsində NATO Gürcüstandan əlavə, Baltikyanı ölkələrə, Almaniya və Polşaya da hərbi qüvvələr yerləşdirəcək.

Qeyd edilir ki, təlimlər NATO-nun hərbi gücünün yoxlanılması məqsədi daşıyır.

Təlimlərlə əlaqədar ABŞ Avropaya 20 min hərbiçi göndərəcək. Bu ABŞ-ın son 25 ildə Avropa ölkələrinə göndərdiyi sayca ən böyük qüvvə olacaq. Ən böyük kontingentin isə Polşa ərazisində yerləşdiriləcəyi bildirilir. Ümumilikdə “Avropanın müdafiəçisi – 2020” hərbi təlimlərində 18 ölkədən 37 min hərbi qulluqçunun iştirakı gözlənilir.

Hərbi qulluqçuların və ağır texnikanın yerləşdirilməsinə fevral ayından başlanılacaq.

Təlimlər isə 2020-ci ilin iyun ayında baş tutacaq.

 





21.01.2020    çap et  çap et