525.Az

Aqil Abbas pedaqoji kollektivin görüşünə getdi - Fotolar


 

Aqil Abbas pedaqoji kollektivin görüşünə getdi - <b style="color:red">Fotolar</b>

Yazıçı, publisist Aqil Abbas seçiciləri ilə görüşmək üçün Füzuli rayon 48 saylı tam orta məktəbinin kollektivi ilə görüşdü.

Pedaqoji kollektivlə söhbət zamanı Aqil Abbasa məlumat verdilər ki, 48 saylı məktəbdə gözəl bir ənənənin əsası qoyulub. Bu məktəbin 5 sinfi fərqli şəhidlərin adını daşıyacaq. Bir sinif-bir şəhid !-ənənəsi bu məktəbdən başlayır. Şəhid adı daşıyan siniflərin şagirdləri üçün bu çox gözəl bir nümunədir. Bu təşəbbüsə görə deputatlığa namizəd məktəb kollektivinə təşəkkürünü bildirdi.

Bundan sonra məktəbin 9b sinfi şəhid Quliyev Səyyar Kinyaz oğlunun, 4 b sinfi şəhid Hüseynov Əlvan Qafar oğlunun, 8b sinfi sinfi Həmidov Orxan İbrahim oğlunun, 7a sinfi şəhid Əliyev Elnur Adil oğlunun, 8a sinfi şəhid Hüseynov Ayaz Ələkbər oğlunun adını daşıyacaqdır.

 





21.01.2020    çap et  çap et