525.Az

“Judo Club 2012”: mövsümün ilk yarışında 3 medal


 

“Judo Club 2012”: mövsümün ilk yarışında 3 medal  <b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində yeniyetmələr arasında (U-18) cüdo üzrə keçirilən respublika birinciliyində “Judo Club 2012” idman klubunun yetirmələri 2 gümüş, 1 bürünc medal qazanıblar.

Klubun aktivinə gümüş medalları Məmmədrza Hacızadə (60 kq) və Zeynəb Məmmədova (-52 kq), bürünc medalı isə Fidan Rəhimova (-70 kq) yazdırıblar. Klubun təmsilçilərindən Rəşad Paşazadə (81 kq) və Əli Mahmudov (90 kq)  beşinci yerlə kifayətlənməli olublar.

Bu dəfəki respublika birinciliyində 68 klubdan 565 (488 oğlan, 77 qız) cüdoçu  doqquz çəki dərəcəsində mübarizə aparıb. “Judo Club 2012”nin yeniyetmə idmançılarının mövsümün ilk yarışındakı nəticələri qənaətbəxş sayıla bilər.

 





21.01.2020    çap et  çap et