525.Az

Aqil Abbasın deputat olmağını niyə istəyirəm?


 

Aqil Abbasın deputat olmağını niyə istəyirəm? <b style="color:red"></b>

Yaxşı, gəlin zarafatı qoyaq bir qırağa, seçkilərlə bağlı ciddi söhbət edək.

Deyin görək, siz bu seçkilərdə kimin millət vəkili olmağını istəyərdiniz?

***

Mənim millət vəkili kimi görmək istədiyim bir namizəd var, o da Aqil Abbas. Bu fikirlərimi kim necə istəyirsə, elə də qəbul edə bilər, amma mən yenə də bunları demək istədim.

***

Əgər bircə gün gəlib bizim redaksiyada otursanız, gün ərzində Aqil müəllimin yanına problemi olan neçə vətəndaşın gəldiyini görərsiniz. Və mən "Ədalət" qəzetində çalışdığım bu müddətdə hələ bir dəfə də olsun Aqil Abbasın kimisə qəbul etmədiyini görməmişəm. Qəbul etmədiyini deyəndə ki, onsuz da öz otağı yoxdu, hərəmizin otağında 5 dəqiqə oturub gedir.

Ağlınıza gələ biləcək hər cür problemlə müraciət edən adamlar olur. Problemin Aqil müəllimə aidiyyatı oldu, ya olmadı, fərq etmir. O da həmin problemi mütləq həll etməyə çalışır.

Telefonuna gələn bütün zəngləri "bu kimdi?" deyəndə belə, yəni zəng edən adamı tanımayanda belə açır. Vallah, indiki dövrdə bu, çox böyük şeydi. Bütün zəngləri görməzdən gələn o qədər xırda "vəzifəlilər" var ki.

***

Aqil müəllim parlament buraxılandan sonra da vətəndaşları qəbul etməyə davam edirdi. Yəni kömək etmək onun ürəyindən gələn bir şeydi, vəzifə gərəyi deyil.

Özü də fikir vermişəm, kiminsə probleminə qulaq asanda, həmin adamdan daha çox kədərlənir.

***

Hə, bax bütün bu səbəblərə görə Aqil Abbasın millət vəkili seçilməsini canı-könüldən istəyirəm. Adamların problemlərini bacardığı qədər həll edəcəyini bilirəm deyə.

 

 





21.01.2020    çap et  çap et