525.Az

Parlament seçkiləri ilə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib


 

Parlament seçkiləri ilə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib<b style="color:red"></b>

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, indiyə qədər 30231 yerli müşahidəçi qeydiyyatdan keçib: "Onlardan 29219  müşahidəçi dairə seçki komissiyalarında, 1012 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib”.

 

 





21.01.2020    çap et  çap et